“LEGİON FİNANCİAL” MMC şirkəti Bakı Fond birjasında istiqraz buraxacağını elan edib.
“Optimal Elektronika”nın qiymətli kağızları BFB-də - DELİSİTİNQ EDİLİB
FED.az xəbər verir ki, “LEGİON FİNANCİAL” şirkəti avtomobillərinin maliyyı lizinqinə verilməsi sahəsində fəaliyyət göstərir.
Buraxılış çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların buraxılması nəzərdə tutulur. İstiqrazların illik faiz dərəcəsi 15%, tədavül müddəti isə 1800 gün, yəni təqribən 5 il təşkil edir. Faizlər 30 gündən bir, ayda 1 dəfə ödəniləcək.
FED.az xəbər verir ki, şirkət sürətlə inkişaf edir – hər halda son 1 ildə “LEGİON FİNANCİAL”ın lizinq portfeli 5 dəfə artaraq 2,1 milyon manata, aktivləri də həmin sürətlə artaraq 2,13 milyon manata yüksəlib.
Son bir ildə, yəni 2022-ci ildə şirkətin gəlirləri 21 dəfə artaraq 418 min manata, xalis mənfəəti isə 17 dəfə artaraq 282 min manata yüksəlib.
“LEGİON FİNANCİAL”ın artıq 400 min manat borcu var. Baş tutsa, bu istiqraz buraxılışı hələlik ən yüksək öhdəliyi olacaq – 500 min manat.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.