Avropa Mərkəzi rəhbəri Kristin Lagardın iyun ayı toplantısında pul kredit siyasətinin sərtləşdirməyə qərar verdiklərini bildirərək iyul ayında 0.25% artıma niyyətli olduqlarını bildirdi.
Yüksək enerji xərclərinin Avrozona iqtisadiyyatına təzyiq göstərdiyini bildirdi. Digər tərəfdən xidmət sektorunda inkişafı dəstəklədiklərini və bu sferada addımlar atacaqlarını vurğuladı.
Əsas məsələlərdən biri olan yüksək inflyasiya göstəricilərində isə, bu il 6.8% olaraq qalacağı görülsə də, 2023 və 2024-cü illərdə bu faizlərin , müvafiq olaraq, 3.5% və 2.1%-ə dək enəcəyi söylənilir və bunun üçün sentyabr ayında daha yüksək faiz artımlarına gediləcəyi proqnozlaşdırılır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.