Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı çıxıb. FED.az xəbər verir ki, Avropa İttifaqı, Fransa, Böyük Britaniya və Almaniya xarici işlər nazirləri birgə bəyanatlarında elan ediblər ki, bu ölkələr İranla qanuni ticarət aparmaq hüququ olan Avropa şirkətlərinin hüquqlarını qoruyacaqlar.
Avropa İttifaqının PBŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyəcəklərini dünən keçirilən mətbuat konfransında Aİ-nin rəsmi nümayindəsi Mina Andreyeva bildirib.
Bu şirkət Vergilər Nazirliyinin məsləhətçisi odu
Onun sözlərinə görə, bu status Avropanın bütün təşkilatlarına sanksiyalardan dəyən zərəri kompensasiyp etməyə imkan verəcək. Özü də bu kompensasiya bu hadisələrdə günahkar olanların hesabına ödəniləcək.
Bundan başqa, qəbul edilən reqlamentə (sənədə) əsasən Avropa İttifaqı ərazisində, xarici məhkəmələrin sözügedən sanksiyaları dəstəkləyən istənilən qərarı hüquqi cəhətdən tanınmayacaq və onların heç bir hüquqi qüvvəsi olmayacaq».
Adı çəkilən sənəd Avropa təşkilatlarına bu sanksiyaları icra etməyi qədağan edir. Bu qadağa yalnız o halda pozular ki, sanksiyanın tətbiqinə mane olmaq Avropa şirkətlərinə və Avropa İttifaqının özün zərər vursun.
Başqa sözlə, Avropa İttifaqı, İranla nüvə sazişində qalmaqla yanaşı, öz şirkətlərinin İranla ticarətini də qorumağa çalışırlar.