Avropada əsas fond indeksləri ardıcıl beşinci ticarət günüdür düşür.
FED.az xəbər verir ki, Böyük Britaniyanın FTSE 100 indeksi 0,78% azalaraq 6905,8 bəndə, Fransanın CAC 40-ı 0,57% azalaraq 5807,31 bəndə, Almaniyanın DAX indeksi 0,66% azalaraq 12192,17 bəndədək geriləyib.
Beş ticarət sessiyası ərzində Avropa kotirovkaları 2%-dən çox azalıb, investorlar qlobal iqtisadiyyatda tənəzzül risklərini qiymətləndirməyə davam edirlər. Bu cür gözləntiləri dünyanın mərkəzi banklarının, ilk növbədə ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasətinin sərtləşdirilməsi perspektivləri gücləndirir.
Bazarlar noyabrda FED-in daha 75 baz bəndlik faiz artımı perspektivini və mərkəzi bankın qlobal iqtisadiyyatı tənəzzülə sürükləyə biləcəyi riskləri qiymətləndirdiyi üçün əhval-ruhiyyə bir qədər gərgin olaraq qalacaq.(Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.