Yanvarın 18-də Avropa fond bazarlarında FTSE 100 indeksi 0,22% – 6,720.65 bəndədək enib, Almaniya DAX indeksi 0,44% – 13,848.35 bəndədək, Fransa CAC-40 indeksi isə 0,10% – 5,617.27 bəndədək yüksəlib.
FED.az-ın məlumatına görə, yanvarın 18-də Amerika fond bazarında ticarət əməliyyatları keçirilməyib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,14% artaraq 1 837 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,03% artaraq 1,2082 dollar təşkil edib.