Dünya birjalarında Amerika Mərkəzi Bankın (FED) gələcək siyasəti fonunda qeyri-müəyyənlik EUR/USD və GBP/USD məzənnələrində də korreksiyaların uzanmasına səbəb olur. FED inflyasiyadaki son sürətli artımdan sonra 2%-lik hədəfin üzərində normallaşmanı gözləyir. Bu baş verəcəyi təqdirdə, faiz artımı siyasəti başlayacaq ki, EUR/USD və GBP/USD məzənnələrində də ucuzlaşma davam edə bilər.
Əlvan metallar bazarlarında qızılın qiymətində də eyni tendensiya müşahidə edilir. Kriptovalyuta birjalarında isə alternativ bazar kimi Bitkoinə tələb artıb və son bahalaşma dalğasının 37287$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.