Yaponiyanın maliyyə nazirinin bu gün Asiya sessiyasında çıxışından sonra USD/JPY məzənnəsi ucuzlaşsa da yenidən müqavimət səviyyəsi istiqamətində bahalaşır.
Eyni tendensiya EUR/USD, GBP/USD məzənnələrində də yaşanılır.
FED-in mümkün faiz artımı ehtimalı ilə yanaşı, Avropadan da müsbət siyasi və iqtisadi siqnallar gəlməkdədir, xüsusilə, Ukrayna müharibəsində şərq cəbhəsinin güclü dayanması müsbət amil kimi qiymətləndirilir. Lakin eyni zamanda bütün bunlar qeyri-müəyyənliklərlə müşaiyət olunur.
Təhlillərə əsasən, avro və funt sterlinqdə son dəstək səviyyələri qorunarsa, bahalaşma güclənə bilər. Müsbət iqtisadi göstəricilərin dərc olunması, neftə olan tələbi də artırır. Qızıl və bitkoin də dəstək görməkdədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.