Avqust ayı qızıl bazarında sakit başlayıb.
Kripto nəhəngi geri addımladı - QİYMƏT UCUZLAŞDI
FED.az xəbər verir ki, 1 avqust 2025-ci il tarixində Nyu-York vaxtı ilə saat 01:35-də bir unsiya qızılın qiyməti 3 293,75 ABŞ dolları olub. Bu göstərici əvvəlki günlə müqayisədə 4,17 dollar və ya 0,13 faiz azalmanı göstərir.
Qısa müddətli göstəricilərə baxdıqda, son 30 gün ərzində qızıl 1,07 faiz ucuzlaşaraq 35,54 dollar dəyər itirib. Bu isə onun daha çox uzunmüddətli sərmayə vasitəsi kimi qiymətləndirildiyini təsdiqləyir. Altı ayda qızıl qiymətləri 479,13 dollar və ya 17 faiz, son bir ildə isə 855 dollar və ya 35 faiz artıb. Beş illik dövrdə artım 1 325,03 dollar və ya 67,2 faiz, son iyirmi ildə isə tam 2 865,79 dollar və ya 663,2 faiz olub. Bu göstəricilər uzunmüddətli dövrlərdə qızılın sərmayə portfellərində sabit və gəlirli bir seçim olduğunu sübut edir.
Bazarın digər əmtəəsi olan gümüş isə bu gün 36,59 dollar səviyyəsində qərarlaşıb. Gümüş də 0,21 faiz və ya 0,08 dollar dəyər itirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.