Artıq “Pulunu ver, biletini al” dövrü bitir. Türk sahibkarların qurduğu “Further Network” şirkətinin inkişaf etdirdiyi kriptovalyuta – “Atoncoin” ilə aviabiletlərin alınmasında nağd pulun istifadəsinə son qoyulur.
FED.az xəbər verir ki, “Atoncoin” hər hansı bir valyutada alına bilər.
“Atoncoin” ilə təyyarə bileti almaq, istirahət xidmətlərindən istifadə etmək, hava limanına nəqliyyatla getmək mümkün olacaq. Bu kriptovalyuta ilə səfər planı üçün bütün ödənişləri etmək planlaşdırılır.
Hoteldə otaq da ala bilərsiz
“Atoncoin”i qəbul edən hotellərdə rezervasiyalar da edilə bilər. Texnologiyanın müvəffəqiyyətli olub olmayacağını zaman göstərəcək. “Atoncoin”ni ödəniş vasitəsi kimi qəbul etmək üçün Türkiyədə 2, körfəz bölgəsindən isə əlavə 2 aviaşirkətlə razılıq əldə edilib.
Yeni kriptovalyuta smartfonlarda qurulacaq tətbiqlərdə üz tanıma və ya barmak izi ilə işləyəcək. Bununla telefondakı “Atoncoin”ləri sahibindən başqasının istifadə etməməsi hədəflənir.
Bu sistem vasitəsilə hər hansı bir uçuş biletində və ya hotel rezervasiyasında dəyişiklik etmək daha asan olacaq. Məsələn, bir nəfər aldığı bileti asanlıqla digərinin adına aktivləşdirə biləcək. Bilirik ki, indi aviaşirkətlər hər bileti yalnız 1 şəxsə satır və başqasına verilməsini qadağan edir.
Aviaşirkət, turist agentlikləri və vətəndaşları bir araya topladı
Uzun illərdir hava limanlarında bilet çətinlikləri yaşayan “Further Network”un ortaqlarından biri Qədr Özgür Oğuz açıqlamasında aviadaşımalarda pul axını və bilet satışı ilə bağlı çətinliklərin olduğunu deyib:
“Hava yolları və səyahət agentlikləri arasında bir sıra vasitəçilər var. Bu vasitəçilər olmadan, hava yolu sənayesinin işləməsi mümkün deyil. Bundan başqa, şirkətlərlə işləmək üçün çox yüksək ödənişlər tələb olunur. Ayrıca, burada pul axını və bilet satışında bəzi çətinliklər yaşanır. Biz də buradan yola çıxaraq aviaşirkətləri, agentlikləri və vətəndaşları bir platformada birləşdirdik. Bu platformada valyuta olaraq Atoncoin istifadə ediləcək".
Hər kəs Atoncoin ilə alış-veriş edə biləcək
Q.Ö.Oğuz yeni kriptovalyutanın Türkiyədən və xaricdən investorlarının olduğunu söyləyib: "Bu sistemdə bütün şirkətlər və hava yolları bir nöqtədə görüşür. Heç bir vasitəçiyə ehtiyac duymadan bir-biriləri ilə alver edə bilirlər. Tərəflər öz aralarında əməliyyat edə bilir. Bizim buradan qazancımız yalnız kiçik əməliyyat ödənişləri olacaq".
Oğuzun sözlərinə görə, vətəndaşlar aldıqları biletləri sistem üzərindən bileti ləğv edə və ya ikinci bazar olaraq satışını reallaşdıra bilərlər.
Aton nədir?
Akhenaton (Atonun qulluqçusu) qədim Misir tanrılarından birinin adıdır. O zaman eynilə indiki kimi tək tanrı kimi qəbul edilirdi. Aton hər işinin sonunda bir əl olan günəş kimi çəkilirdi.
Aviabiletlər virtual pulla satılacaq: Yeni coin turizm sektorunu dəyişdi
09:31
17 Yan 2018