Azərbaycanın investisiya bazarının aktiv iştirakçısı olan «Assist Finance» iri vəsait itkisi ilə üzləşib.
FED.az şirkətin yarım illik hesabatına istinadən xəbər verir ki, 2025-cı ilin ilk yarısında şirkətin əməliyyatları və aktivləri kəskin azalıb, baxmayaraq ki, «Assist Finance» mənfəətlə işləməyə davam edib.
Hesabata əsasən ilk yarım ildə «Assist Finance»ın gəlirləri 848 min manat olub, bunun 403 min manatı müştərilərdən alınan sifarişlər, 440 min manat isə öz vəsaitləri ilə aparılan əməliyyatlar olub.
Bu dövrdə şirkətin xərcləri
xərcləri isə 440 min manat olub – 229 min manat komissiya xərcləri, 190 min manat isə inzibati və əmək haqqı xərcləridir.
Nəticədə şirkətin əməliyyat mənfəəti 410 min manat, xalis gəliri 117 min manat olub. 108 min manat mənfəət vergisi ödənişindən sonra «Assist Finance»in yarım ildə xalis mənfəəti 419 min manat olub.
Nəzərə alsaq ki, 2024-cü ildə şirkətin xalis mənfəəti 700 min manat olub, yarım ildə 440 min manat mənfəət pis göstərici deyil.
Əvəzində 2025-ci ildə «Assist Finance»dən böyük vəsaitlər çıxarılıb.
Şirkətin aktiıləri 5 dəfədən çox azalaraq ilin əvvəlindəki 9,1 milyon manatdan 1,7 milyon manata düşüb.
Belə ki, ilin əvvəlində ümumi dəyəri 7,6 milyon manata çatan yüklü maliyyə aktivləri və qiymətli kağızlara yatırımlar, indi sıfıra düşüb.
Hazırda «Assist Finance»nin idarəçiliyində qiymətli kağız demək olar ki, qalmayıb.
Yarım ilin nəticələri üzrə aktivlərin əsasını qüsamüddətli debitor borclar (1 milyon 351 min manat), pul vəsaitləri (147 min manat), banklarda saxlanılan pullar (124 min manat) təşkil edir.
Avtomatik olaraq şirkətin öhdəlikləri də kəskin azalıb – ilin əvvəlində 7,8 milyon manata çatan cəmi öhdəliklər indi 194 min manata düşüb – təxminən 40 dəfə azalma var.
İlk yarım ildə «Assist Finance»də pul vəsaitlərinin hərəkətinə gəlincə, yarım ildə əməliyyat fəaliyyətindən cəmi daxil olmalar 428 min manat, xaric olmalar 598 min manat – ümumilikdə mənfi 170 min manat təşkil edib.
İnvestisiya fəaliyyətindən daxil olmalar 44,7 milyon maknat, xaricolmalar 37,8 milyon manat olub – müsbət 6,9 milyon manat.
Bu dvrdə şirkətin maliyyə fəaliyyətindən daxz daxil olmalar 8,1 milyon manat, xaricolmalar 14.9 milyon manat – mənfi 6,8 milyon manat olub.
Bu dövrdə şirkətin kapitalı artaraq ilin əvvəlindəki 1,33 milyon manatdan indi 1,53 milyon manata yüksəlib.