Bu gün yerli investisiya şirkəti ASSIST Finance Qazaxıstan Fond Birjasının üzvlərindən ibarət heyəti qəbul etdi.
FED.az xəbər verir ki, görüş iki tərəf arasında potensial əməkdaşlığın qiymətləndirilməsi və investisiya strategiyaları ilə bağlı fikir mübadiləsinin aparılması məqsədilə gerçəkləşdirilib. Qazaxıstanın sürətlə inkişaf edən maliyyə bazarları və bu bazarların beynəlxalq investorlara təqdim etdiyi imkanlar görüşün əsas mövzularından biri olub.
İclasda Qazaxıstan birjasında ticarət edilən şirkətlərin fəaliyyəti, bu şirkətlərin qlobal investorlara təqdim etdiyi üstünlüklər və yeni əməkdaşlıq istiqamətləri qiymətləndirilib. Eyni zamanda, maliyyə texnologiyası həllərinin birja əməliyyatlarında rolu və gələcək potensial inkişaflarla bağlı mühüm fikirlər irəli sürülüb.
ASSIST Finance rəsmiləri bu görüşün onların şirkətlərinin beynəlxalq arenada daha güclü mövqe qazanmaq strategiyasının bir hissəsi olduğunu vurğulayıblar. Qazaxıstanla mümkün əməkdaşlığın hər iki tərəfin maliyyə bazarlarına müsbət töhfə verəcəyi bildirilib.
Qeyd edək ki, ASSIST Finance vasitəsilə maliyyə bazarında öz yerinizi tuta bilər, yerli və xarici səhmlərə, istiqrazlara yatırım edə, həmçinin birja ticarəti ilə gəlirlərinizi yüksəldə bilərsiniz.