Bu ilin yanvar-sentyabr aylarında “Assist Finance İnvestisiya Şirkəti” QSC-nin birjadakı ümumi dövriyyəsinin həcmi 2 milyard 566,2 milyon manat olub.
“Assist Finance İnvestisiya Şirkəti” 800 min manat - BORCLANIR
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 606,1 milyon manat və ya 19,1% artıb.
Birja əməliyyatlarının 78, %-ini tutan repo əməliyyatlarının həcmi illik müqayisədə 210,2 milyon manat və ya 9,4% azalaraq 2 milyard 15,8 milyon manata düşüb.
Hesabat dövründə şirkətin dövlət istiqrazları ilə əməliyyatlarının həcmi 36,4 milyon manat olub ki, bu da, 2025-ci ilin yanvar-sentyabr aylarındakı 108,5 milyon manatdan 72,1 milyon manat (3 dəfə) daha azdır.
Azalma korporativ istiqrazlarda da özünü göstəri. Belə ki, korporativ istiqrazlar ilə əməliyyatların həcmi 478,6 milyon manat, yaxud da 3,2 dəfə azalaraq 217 milyon manata enib.














