Azərbaycanın aparıcı investisiya şirkəti olan “ASSIST Finance”ın rəhbər heyəti, hazırda dünyanın ən böyük texnologiya və startap sərgilərindən biri olan GITEX GlOBAL-da iştirak edir.
FED.az xəbər verir ki, sərgi çərçivəsində müxtəlif əməkdaşlıq və partynorluq görüşləri gerçəkləşdirən heyyət, müasir dünya imkanlarının və yeni texnologiyaların investisiya sektoruna tətbiqi və yeni imkanların yaradılması ilə əlaqədar uğurlu nəticələr əldə edib.
Şirkətdən sammit haqqında fikirlərini öyrəndik:
Biz «ASSIST Finance» olaraq, müştərilərimizin uğurlu ticarətini təmin etmək üçün daim innovasiyaları izləyirik. Gələcəkdə, müştərilərimizə təqdim edəcəyimiz yeni texnologiyalarla, investisiya mühitini daha da irəlilədəcək dəyişikliklərə imza atacağıq. Platforma və xidmətlərimizdə gerçəkləşdirəcəyimiz yeniliklər ilə daha yaxşı imkanlar təqdim ediləcək. Örnək verməli olsaq: bir sıra AI texnologiyalı qabaqcıl birja ticarət alətləri, real vaxt rejimli məlumatların, dataların əldə olunmas və işlənməsi, fərdiləşdirilmiş strategiyalar və bir sıra digər imkanlar təqdim ediləcəkdir.
«ASSIST Finance», müştərilərinin ehtiyaclarını qarşılamağı və investisiya qərarlarını daha da ağıllı və effektiv şəkildə vermələrini təmin etmək üçün innovativ texnologiyaları izləyir və xidmətlərinə inteqrasiya edir. Bizim məqsədimiz, müştərilərimizi yeni imkanlarla tanış etmək və onlara gələcəyin investisiya dünyasında uğur qazanmaqlarında dəstək olmaqdır.