2024-cü ilin yekunlarına əsasən, ASSIST Finance İnvestisiya Şirkəti Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə 6 milyard 111 milyon 196 min manatlıq dövriyyə ilə 2023-cü ildəki 2 milyarddan çox olan göstəricisini 3 dəfə yüksəldərək ilk 3-lüyə daxil olub.
FED.AZ xəbər verir ki, bu uğur şirkətin müştərilərə təqdim etdiyi yüksək keyfiyyətli xidmət və bazar analitikası sahəsindəki peşəkarlığının parlaq göstəricisidir.
ASSIST Finance, investisiya sektorunda dövlət istiqrazları və repo əməliyyatları sahəsində göstərdiyi uğurlu fəaliyyətlə Azərbaycanın kapital bazarında mühüm rol oynamağa davam edir. Şirkət nümayəndələrinin bildirdiyinə görə, əldə edilən bu nəticə, həm komandanın peşəkarlığı, həm də müasir yanaşmaların tətbiqi sayəsində mümkün olub.
2024-cü il ərzində əldə olunan bu nailiyyətlər şirkətin innovativ həllər təqdim edərək müştərilərinin investisiya ehtiyaclarına daha dəqiq cavab vermək üçün geniş imkanlar yaradır. ASSIST Finance gələcəkdə daha da böyük hədəflər üçün çalışaraq ölkənin kapital bazarına töhfə verməyə davam edəcək.