Bakı Fond Birjası (BFB) bu ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ARMB qiymətli kağızlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az şirkətlərin məlumatlarına istinadən xəbər verir ki, ARMB qiymətli kağızlarının dövriyyəsi ən yüksək olan şirkət "Paşa Kapital İnvestisiya Şirkəti"idir. Məlumata görə investisiya şirkətinin dövriyəsi 41,7 milyon manatı keçib.
"Unicapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 9,6 milyon manata yaxınlaşıb.
İl ərzində "Assist Finance İnvestisiya Şirkəti"nin 9,6 milyon manata çatıb.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin 8,2 milyon manatdan yüksək olub.
"Troni İnvestisiya Şirkəti"nin və "ABB İnvest İnvestisiya Şirkəti"nin ARMB Qiymətli kağızları üzrə dövriyyəsi müvafiq olaraq 497,2 min manatdan və 54,5 min manatdan yüksək olub.
Digər investisiya şirkətlərinin bu investisiya aləti üzrə dövriyyəsi olmayıb.