Bakı Fond Birjası (BFB) bu ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ARMB qiymətli kağızlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az şirkətlərin məlumatlarına istinadən xəbər verir ki, ARMB qiymətli kağızlarının dövriyyəsi ən yüksək olan şirkət "Paşa Kapital İnvestisiya Şirkəti"idir. Məlumata görə investisiya şirkətinin dövriyəsi 1,36 milyard manatı keçib.
"CFI Finance İnvestisiya Şirkəti"nin dövriyyəsi 234 milyon manatı keçib.
İl ərzində "Xalq Kapital İnvestisiya Şirkəti"nin 178,4 milyon manatı keçib.
"Assist Finance İnvestisiya Şirkəti"nin 112,8 milyon manatdan yüksək olub.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin və "ABB İnvest İnvestisiya Şirkəti"nin ARMB Qiymətli kağızları üzrə dövriyyəsi müvafiq olaraq 109,5 milyon manatdan və 105,5 milyon manatdan yüksək olub.