Bakı Fond Birjası (BFB) bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ARMB qiymətli kağızlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az şirkətlərin məlumatlarına istinadən xəbər verir ki, ARMB qiymətli kağızlarının dövriyyəsi ən yüksək olan şirkət "Paşa Kapital İnvestisiya Şirkəti"idir. Məlumata görə investisiya şirkətinin dövriyəsi 1,36 milyard manata yaxınlaşıb.
"AzFinance İnvestisiya Şirkəti"nin dövriyyəsi 234 milyon manata çatıb.
İl ərzində "Xalq Kapital İnvestisiya Şirkəti"nin 178,4 milyon manatı keçib.
"Assist Finance İnvestisiya Şirkəti"nin 112,8 milyon manatdan yüksək olub.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin və "ABB İnvest İnvestisiya Şirkəti"nin ARMB Qiymətli kağızları üzrə dövriyyəsi 109,5 milyon manatdan yüksək olub.