Bakı Fond Birjası (BFB) bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ARMB qiymətli kağızlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az şirkətlərin məlumatlarına istinadən xəbər verir ki, ARMB qiymətli kağızlarının dövriyyəsi ən yüksək olan şirkət "Paşa Kapital İnvestisiya Şirkəti"idir. Məlumata görə investisiya şirkətinin dövriyəsi 1,36 milyard manatı keçib.
"AzFinance İnvestisiya Şirkəti"nin dövriyyəsi 234 milyon manatı ötüb.
İl ərzində "Xalq Kapital İnvestisiya Şirkəti"nin 178,4 milyon manatı keçib.
"Assist Finance İnvestisiya Şirkəti"nin 112,8 milyon manatdan yüksək olub.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin dövriyyəsi 109,5 milyon manat və "ABB İnvest İnvestisiya Şirkəti"nin ARMB Qiymətli kağızları üzrə dövriyyəsi 105,5 milyon manatdan yüksək olub.