Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondu (ARDNF) 5 003,7 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Eləcə də bax: Neft Fondunun 2020-ci il büdcəsi - Dəyişdirildi - YENİ MƏBLƏĞLƏR
FED.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% çoxdur.
Təkcə avqust ayında isə ARDNF-in valyuta satışının məbləği 478 milyon dollar təşkil edib. Bu isə ötən ilin avqust ayına nisbətən 41,4% azdır. (Report)