Milyarder investor Uorren Baffet «Apple» və «Bank of America»ya yatırımlarını azaldıb, səhiyyə şirkətlərinə yatırım etməyə başlayıb.
FED.az xəbər verir ki, milyarderin “Berkshire Hathaway” ikinci rübdə Amerikanın «Apple» və «Bank of America» kimi şirkətlərin səhmlərinin bir hissəsini satdığı, buradakı səhm payını azaltdığını elan edib, əvəzində ölkənin ən böyük tibbi sığortap şirkətlərindən biri olan «UnitedHealth Group»un səhmlərini aldığını elan edib.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (11-15 Avqust, 2025)
Bu əməliyyat «UnitedHealth Group»un səhmlərinin yüksəlməsinə səbəb olub. İnvestor ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edərək, şirkət 30 iyun tarixinə «UnitedHealth» şirkətinin ümumi dəyəri 1,6 milyard dollar olan 5,04 milyon səhminə sahib olduğunu açıqlayıb.
«Berkshire» şirkəti, həmçinin ABŞ-ın ən böyük mobil telefon operatoru olan «T-Mobile»dakı 1 milyard dollarlıq səhm payını sataraq şirkəti tərk edib.
«Invest-Az İnvestisiya Şirkəti» QSC-nin dövriyyəsi 2 dəfədən çox artıb
Maraqlıdır ki, dünyanın ən təcrübəli investoru sayılan Buffetin «UnitedHealth» şirkətinə investisiyası səhiyyə şirkətinin çoxsaylı böhranlarla üzləşdiyi bir vaxta təsadüf edir. «UnitedHealth», digər ABŞ sağlamlıq sığortaçıları ilə birlikdə gözlənilməz səhiyyə xərcləri artımı ilə üzləşib.
Belə ki, aprel ayında şirkətin illik mənfəəti son on ildə ilk dəfə olaraq Wall Street gözləntilərindən geri qalıb. Nəticədə şirkətin səhmləri də ucuzlaşıb. O vaxtdan bəri baş direktorunu dəyişdi və baş maliyyə direktorunu dəyişdirməyi planlaşdırdığını açıqlayıb.
İndi isə «Berkshire»nin «UnitedHealth»a yatırım etməsi barədə xəbər sığortaçının səhmlərinin 9,6 faizə qədər artmasına səbəb olub.
Buffett tədricən «Apple» və «Bank of Amierika»dan uzaqlaşır»
Xatırladaq ki, Baffetin «Apple»də payını azaltması ilk dəfə deyil. İnvestor ötən il də «Apple»in 20 milyon səhmini satmışdı. Buna baxmayaraq iyunun 30-da başa çatan üç ayda təxminən 9,2 milyard dollar düşməsinə baxmayaraq, «Berkshire» şirkəti «Apple»in ən böyük payçılarından biri olaraq qalır.
Bu arada, Berkshire Bank of America (BofA)dakı payını azaltmağa davam etdi. Şirkət 26 milyon səhm sataraq, iyunun sonuna qədər payını təxminən 8%-ə endirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.