«Apple» şirkətinin səhmləri ardıcıl səkkizinci gündür ki, təxminən 1,1 faiz azalaraq zərər göstərir. Bu 1991-ci ildən bəri şirkətin səhmlərinin qiymətində baş verən ən uzun müddətli ucuzlaşmadır.
«iPhone» istehsalçısının səhmləri cümə günü 1,1%-ə qədər ucuzlaşıb və bu, ardıcıl səkkizinci ticarət gününün zərərlə keçdiyini göstərir.
Xatırladaq ki, «Apple»də ucuzlaşma hələ ötən ilin sonunda – dekabrın 29-dan başlayıb. Həmin gün səhmin qiyməti 273,76 dollar idi. Bundan sonra qiymətlər təqribən 5% ucuzlaşaraq 259,4 dollara enib.
Yanvarın 9-da baş verən satışların nəticəsi və səhmin yeni qiyməti isə sabah – yanvarın 10-da məlum olacaq.
Bloomberg-in məlumatlarına görə, Apple səhmləri 2025, 2022, 2016 və 1998-ci illərdə ardıcıl səkkiz gün azalma yaşasa da, şirkətin səhmləri sonuncu dəfə ardıcıl doqquz gün düşüb.
Apple səhmləri, şirkətin süni intellekt xüsusiyyətlərini tətbiq etmək yarışında geridə qalması ilə bağlı narahatlıqlar fonunda 2025-ci ilin böyük bir hissəsində aşağı qiymətlərlə satıldı.
Bundan əlavə, şirkətin səhmlərinin 2025-ci il ərzində təxminən 9% artacağı gözlənilsə də, onlar yenə də «S&P 500» İndeksinin 16% artımından geri qalacaq. Belə hal (yəni «Apple» səhminin bahalaşma sürətinin «S&P 500» İndeksinin artım sürətindən geri qalması), sonuncu dəfə 2022-ci ildə müşahidə olunmuşdu.





![«Apple» səhmləri ardıcıl 9 gündür ucuzlaşır – [red]YENİ QİYMƏT[/red] | FED.az](upload/news/small/1550513.png)
![«Apple» səhmləri ardıcıl 9 gündür ucuzlaşır – [red]YENİ QİYMƏT[/red] | FED.az](upload/news/small/3695188.png)






