Son illərdə xarici şirkətlərin xüsüsilə ABŞ-dakı texnoloji şirkətlərinin səhmlərinin sürətli artması onları qlobal investorlar üçün cəlbedici investisiya alətinə çevirib. Eyni zamanda Çinin avtomobil nəhəngi olan BYD-nin getdikcə bazarı tutması onun səhmlərinə maratı artırır.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (15-19 aprel, 2024)
FED.az xəbər verir ki, nəticədə bütün dünyada investorlar, o cümlədən fiziki şəxslər bu şirkətlərin səhmlərini almağa çalışırlar.
FED.az Azərbaycanda investorların marağını nəzərə alaraq ölkədə fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə xarici bazarlarda bir sıra populyar şirkətlərin səhmlərinin alınması imkanlarını araşdırıb.
Yuanın SWIFT vasitəsilə qlobal ödənişlərdə payı tarixi rekorda çatıb
“Amazon”, “Tesla”, “Apple”, “Nvidia” və “BYD” şirkətinin səhmlərini necə və hansı qiymətə əldə etmək olar? Bu zaman investorların xərclədiyi vəsait nə qədər olacaq?
İlkin araşdırma göstərir ki, ABŞ birjalarında aktiv olan şirkətlərin səhmlərini bütün investsiya şirkətləri təqdim edir, lakin BYD şirkətinə məxsus səhmlər yalnız iki investsiya şirkətində var “Unicapital İnvestisiya Şirkəti” və “Asist Finance” (BTB Kapital).
"PAŞA Kapital” 35 milyon dollarlıq istiqraz emissiyasını - UĞURLA HƏYATA KEÇİRDİ
Səhmləri almaq üçün ilk olaraq investisiya şirkətlərinə mürciət edərək investisiya hesabı açılmalıdır. Hesabın açılması üçün şirkətlər xidmət haqqı olaraq heç bir ödəniş tələb etmir, sadəcə hesabda əməliyyatların aparılması üçün cuzi məbləğlərdə ilkin depozit məbləğinə ehtiyac duyulur. Qeyd edək ki, depozit məbləği hər hansı bir ödəniş, xidmət haqqı deyil həmin məbləğ vasitəsilə ticarət etmək mümkündür məbləğ bir başa invetisiya hesabına köçürülür.
İnvestisiya şirkətləri müştərilərinin etdikləri əməliyyatlar üzrə komissiyalardan qazanır və komissiya məbləği şirkətlərdə fərqlidir.
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
Səhmlərin alışı və satışı fond bazarlarının iş saatları ərzində edilirsə, əməliyyat avtomatik olaraq həyata keçiriləcək, yəni səhmlər dərhal alınacaq. Qeyri-iş saatlarında əməliyyat edirsinizsə, əməliyyat yalnız birjalar açıldıqdan sonra, həmin an olan qiymətlə həyata keçiriləcək.
Səhmlərin mülkiyyətini təsdiq etmək üçün Amerika Birjasından hər hansı bir sənəd təqdim edilmir, lakin investisiya şirkətləri müştərilərinə aldıqları səhmlərin mülkiyyətini təsdiq etmək üçün arayış verirlər.
Bitkoin 5,95% ucuzlaşıb - SON QİYMƏT
İnvestisiya şirkətləri vasitəsilə alınmış səhmlər, həcmləri və digər nünslarla bağlı məlumatlar hər ay Mərkəzi Banka eləcədə Milli Depozit Mərkəzinə göndərilir.
Müştərilər səhmi aldıqdan sonra səhm satışı vasitəsilə gəlir əldə edən zaman heç bir vergi öhdəliyi yaranmır. Lakin dividend əldə edilən zaman Amerika Birjası tərəfindən 30% vergi tutularaq ödəniş həyata keçirilir.
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Qeyd edək ki, məqalədə göstərilən rəqəmlər aprelin 22-nə olan vəziyyəti göstərir. Sonrakı günlərdə səhmlərin qiyməti dəyişə bilər.
İnvestisiya şirkətlərinin qaydaları və yuxarıda adı çəkilən şirkətlərin səhmlərinin alışı haqqında daha detallı:
|
“İnvest-Az” İnvestisiya Şirkəti |
“PAŞA Kapital” İnvestisiya Şirkəti |
“Unicapital” İnvestisiya Şirkəti |
“ABB İnvest” İnvestisiya Şirkəti |
“Asist Finance” İnvestisiya Şirkəti |
İnvestisiya Hesabının açılışı zamanı minimum depozit məbləği |
100 USD |
200 USD |
200 USD |
50 USD |
500 USD |
Səhmin Alışı zamanı komissiya |
Həcmidən asılı olmayaraq komissiya - 10 USD. *Şirkət hal-hazırda kampaniya keçirir və 1 may tarixinə kimi, səhm bazarında ticarət komissiyasız həyata keçirilir. |
0,015% minimal 1 USD |
Səhm başına 0,08 cent minimal 4 USD, Amerika birjalarında isə minimal 2 USD, digər birjalarda isə səhmin qiymətindən asılı olraq 0.2-1% aralığında dəyişir. |
Hər bir səhmi alışı üçün minimum 2 USD və ya 0.5% komissiya. |
Səhm başına 4 cent komissiya |
Səhm alışı zamanı say limiti |
yoxdur |
yoxdur |
yoxdur |
yoxdur |
yoxdur |
İnvestisiya hesabına pul ödənilən zaman pulun mənbəyi haqqında arayış tələbi |
Müştərinin eyniləşdirilməsi ilə bağlı olaraq hesab açılışı edilərkən yatırım ediləcək məbləğin mənbəyi soruşula bilər. |
Müştəridən yatırım ediləcək məbləğin mənbəyi soruşula bilər. |
Müştəri 20 min manat və onun ekvivalentində pul yatırdığı zaman arayış tələb edilə bilər pulun mənbəyi ilə bağlı. |
Müştəri investisiya hesabına iri məbləğlərdə 1 milyon dollar və daha çox həcmdə əməliyyat yerinə yetirirsə bu zaman o vəsaitin mənbəyi soruşulacaq. |
Müştəri 20 min manat və üzəri pul yatırdığı zaman arayış tələb edilə bilər pulun mənbəyi ilə bağlı. |
İnvestisiya hesabına pul ödənilən zaman pulun valyutası |
USD və AZN |
USD və AZN |
USD və AZN |
USD və AZN |
USD |
Səhmin saxlanılması üçün ödəniş haqqı |
Əməliyyat xərcləri ticarəti aparılan maliyyə alətinin ticarət şərtlərinə əsasən fərqli ola bilər. |
yoxdur |
yoxdur |
yoxdur |
Əgər ticarət edilməsə aylıq 10 USD ödəniş olunur, ticarət edildiyi təqdirdə isə ödəniş yoxdur |
Səhmin mülkiyyətini təqdim edən sənəd |
Şirkət səhmlərindən qazancı iki cür əldə edə bilərsiniz. Bir, səhmlərin fiziki sahibi olaraq, ikinci, səhmlərin qiymət fərqindən qazanc əldə etməyə imkanı verən fərq müqavilələri vasitəsi ilə. Şirkət tərəfindən hər iki halda müştəriyə aktivlər haqqında arayış təqdim edilir. |
Müştərilər səhmlərin sahibi olmur sadəcə olaraq səhmlərin qiymət fərqinə yatırım edirlər. |
Alınmış səhmlər fiziki olaraq müştərinin adına olur yəni müştərinin mülkiyyətinə keçir. Əgər müştəri çıxarış istəsə investsiya şirkəti imzalı və möhürlü sənəd təqdim edir. Eyni zamanda platformada da göstərilir |
Alınmış səhmlər fiziki olaraq müştərinin adına olur yəni müştərinin mülkiyyətinə keçir. Şirkət müştəriyə mülkiyyəti təsdiq etmək üçün çıxarış verə bilər. O çıxarışda görstərilir müştəri hansı şirkətdə nə qədər səhmə sahibdir.
|
Bütün məlumatlar elektron qaydada saxlanılır. |
Dividend verildiyi təqdirdə vergi tutulması |
Şirkət dividend verdiyi təqdirdə dividend investsiya hesabına yüklənir bir başa. Amerika Birjası verilmiş dividend üzərində 30% vergi tutur. |
Şirkət dividend verdiyi təqdirdə dividend investsiya hesabına yüklənir bir başa. Amerika Birjası verilmiş dividend üzərində 30% vergi tutur. |
Şirkət dividend verdiyi təqdirdə dividend investsiya hesabına yüklənir bir başa. Amerika Birjası verilmiş dividend üzərində 30% vergi tutur. |
Şirkət dividend verdiyi təqdirdə dividend investsiya hesabına yüklənir bir başa. Amerika Birjası verilmiş dividend üzərində 30% vergi tutur. |
Şirkət dividend verdiyi təqdirdə dividend investsiya hesabına yüklənir bir başa. Amerika Birjası verilmiş dividend üzərində 30% vergi tutur. |
Hər bir şirkətin 10 ədəd səhmini almaq neçəyə başa gəlir?
“Amazon”, “Tesla”, “Nvidia”, “Apple” və “BYD” şirkətlərinin hər birindən 10 səhm sahibi olmaq istəyən şəxslər səhmlər üçün ümumilikdə 14 578,4 USD pul ödəməlidirlər AZN ilə qarşılığı təxmini 25 min manat edir. Səhmlərin alışından savayı investisiya şirkətlərinə müəyyən məbləğdə komissiya haqqı ödənilir.
“İnvest-AZ” şirkəti vasitəsilə səhm paketini alanlar may ayının 1-nə qədər komissiyasız səhm alışı kampaniyası çərçivəsində 12 486,8 USD kampanniya bitdikdən sonra isə 12 526,8 USD, “Asist Finance” şirkəti vasitəsilə səhm paketini alanlar 14 598,4 USD, “Paşa Kapital” İnvestisiya Şirkəti vasitəsilə səhm paketini alanlar 14 409,24 USD, “Unicapital İnvestisiya” Şirkəti vasitəsilə səhm paketini alanlar 14 590,4 USD, “ABB İnvest” İnvestisiya şirkəti vasitəsilə səhm paketini alanlar isə 14 449,24 USD ödəniş etməlidirlər.
Milli Depozit Mərkəzindəki ilk rüb üzrə əməliyyatların həcmi - AÇIQLANDI
Lakin nəzərə alın ki, tam paketin yəni 5 şirkətində səhmləri “Asist Finance” və “Unicapital” İnvestisiya Şirkətləri vasitəsilə alışı mümkündür, digər şirkətlər vasitəsilə isə “BYD” şirkətinin səhmi istisna olmaqla digər yerdə qalan şirkətlərin səhmlərini əldə etmək olar göstərilən qiymətlərdə olan fərq bu nüansdan qaynaqlanır.
|
Amazon |
Tesla |
Nvidia |
Apple |
BYD |
Şirkətin səhminin qiyməti |
174,63 USD |
147,05 USD |
762 USD |
165 USD |
209,16 USD |
Səhm paketinin qiyməti |
1 746,3 USD |
1 470,5 USD |
7 620 USD |
1 650 USD |
2 091,6 USD |
Səhm paketinin alışı zamanı komissiya məbləği |
Asist Finance – 4 USD
Paşa Kapital İnvetisiya Şirkəti – 10 USD
Unicapital İnvestisiya Şirkəti – 2 USD
ABB İnvest İnvestisiya Şirkəti – 20 USD
İnvest-AZ - 10 USD |
Asist Finance – 4 USD
Paşa Kapital İnvetisiya Şirkəti – 10 USD
Unicapital İnvestisiya Şirkəti – 2 USD
ABB İnvest İnvestisiya Şirkəti – 20 USD
İnvest-AZ - 10 USD |
Asist Finance – 4 USD
Paşa Kapital İnvetisiya Şirkəti – 10 USD
Unicapital İnvestisiya Şirkəti – 2 USD
ABB İnvest İnvestisiya Şirkəti – 20 USD
İnvest-AZ - 10 USD |
Asist Finance – 4 USD
Paşa Kapital İnvetisiya Şirkəti – 10 USD
Unicapital İnvestisiya Şirkəti – 2 USD
ABB İnvest İnvestisiya Şirkəti – 20 USD
İnvest-AZ - 10 USD |
Asist Finance – 4 USD
Unicapital İnvestisiya Şirkəti – 4 USD
|
Dividendin verilməsi |
Dividend vermir |
Dividend vermir |
0,02% dividend verir |
0,6% dividend verir |
Dividend vermir |