Avropada alüminium istehsalının azalması qiymətlərin oktyabr ayından bəri ən yüksək səviyyəyə qalxmasına səbəb olub.
FED.az xəbər verir ki, alüminium qiymətləri artarkən, Qazaxıstanda baş verən hadisələr qlobal tədarükü təhdid etdiyi üçün mis qiymətləri də yüksəlir.
London Metal Birjasında alüminiumun qiyməti 2% artaraq bir tonu üçün 2980 dollara yüksələrək, oktyabrın 21-dən bəri ən yüksək qiymətə çatıb.
Fransa və İspaniya kimi ölkələrdə enerji xərclərinin artması səbəbindən istehsal azalıb. "Shanghai Dongwu Jiuying Investment Management" Avropada hasilatın azaldılması və enerji çatışmazlığının yaza qədər davam edə biləcəyini qeyd edib.
Mis qiymətləri isə Qazaxıstanda hökumət əleyhinə nümayişlərdən sonra qalxır. Ölkədə mədənlərdə dağıntı olmasa da, risklər qiymətləri dəstəkləyir. Ötən ilin ilk 11 ayında Çinin mis idxalının 8 faizi Qazaxıstandan olub. Mis 0,6 faiz, nikel 1,2 faiz, sink isə 0,6 faiz bahalaşıb.
"Citic Futures" də, Qazaxıstanda baş verən hadisələrin və Avropada istehsalın azaldılması səbəbindən tədarük çatışmazlığının əsas metalları dəstəkləyəcəyini proqnozlaşdırıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.