London Metal Birjasında (LME) ticarət zamanı alüminiumun bir tonunun qiyməti 21 oktyabr 2021-ci il tarixindən bəri ilk dəfə olaraq 3 min ABŞ dollarını ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, ticarət zamanı alüminiumun qiyməti 3 007,5 dollara çatıb. Bakı vaxtı ilə saat 15:00-da alüminiumun bir tonu 3 002 dollara ticarət olunurdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.