Alüminium qiymətləri bu ayın əvvəlində 13 ilin ən yüksək səviyyəsini gördükdən sonra Çinin elektrik enerjisi çatışmazlığın həll etmək üçün kömür qiymətlərinə məhdudiyyət qoyması planlarının ardından iki ayın ən aşağı səviyyəsinə düşüb.
FED.az xəbər verir ki, Çinin ən yüksək planlaşdırma təşkilatının kömür satış qiymətlərinə məhdudiyyət tətbiq edəcəyi bildirilir. Bu xəbər ilə kömür qiymətləri düşüb.
Kömür qiymətlərinin düşməsilə əlaqədar olaraq sərmayəçilər alüminium üçün istehsal xərclərinin də düşəcəyini gözləyirlər.
Alüminium London Metal Birjasında (LME) 2,6% də ucuzlaşaraq tonu 2 min 617 dollara qədər geriləyərək 26 Avqustdan bu yana ən aşağı səviyyəsini görüb. Metal Şanxay bazarında 4,6% ucuzlaşıb və 19 min 200 yuana qədər enərək üç ayı aşan müddətin ən aşağı səviyyəsini test edib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.