ABŞ-ın texnologiya nəhənglərindən biri olan Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dollar səviyyəsinə çatıb.
"Google" "Apple"ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti olub
FED.az xəbər verir ki, Google-un ana şirkəti Alphabet-in səhmləri ABŞ-da bazarların açılmasından qısa müddət sonra 1,6 faiz bahalaşaraq 334,44 dollara yüksəlib və bununla da bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.
Bu bahalaşma ilə Alphabet-in bazar dəyəri müvəqqəti olaraq 4 trilyon dolların üzərinə çıxıb və şirkət bu həddi aşan Nvidia, Microsoft və Apple-dan sonra dördüncü şirkət olub.
Apple AI əsaslı Siri üçün Gemini-ni seçdi
Alphabet səhmlərindəki artımın Apple-ın ağıllı köməkçisi Siri üçün Google-un süni intellekt modeli Gemini-ni seçdiyinə dair xəbərlərdən sonra baş verməsi diqqət çəkib.
Şirkət səhmləri Bakı vaxtı ilə saat 23:20-yə olan məlumata görə 330,50 dollar səviyyəsində ticarət olunarkən, Alphabet-in ümumi bazar dəyəri 3,992 trilyon dollar səviyyəsinə geriləyib.
Alphabet hazırkı səhm qiyməti əsasında bazar dəyərinə görə ABŞ-ın ən dəyərli ikinci şirkəti mövqeyindədir.
Alphabet-in bazar dəyəri 2025-ci ilin sentyabr ayında 3 trilyon dollara çatmışdı.










