Azərbayxanın tanınmış şirkətlərindən olan «Almet Trading Baku» QSC-nin iqtisadi vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, istiqraz buraxmağa hazırlaşan şirkət maliyyə göstəricilərini açıqlayıb və məlum olub ki, 2022-ci ildə şirkətin bütün əsas göstəriciləri üzrə geriləmə var.
Belə ki, 2022-ci ildə «Almet Trading Baku»nin aktivləri 8 milyon 040 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 1,4 milyon manat və ya 14% azdır.
2022-ci ildə şirkətin kapitalı 3 milyon 333 min manat olub ki, bu da bir il əvvəllə müqayisədə 16% azdır.
2022-ci ildə şirkətin öhdəlikləri də 13%-dən çox azalaraq 4,7 milyon manata enib.
Pul vəsaitləri isə iki dəfə azalaraq 1,4 milyon manatdan 730 min manata enib.
2022-ci ildə «Almet Trading Baku»nin vergidən əvvəlki mənfəəti də 2,6 dəfə azalaraq 2021-ci ildəki 2,6 milyon manatdan 1 milyon manata enib.
Xatırladaq ki, «Almet Trading Baku» maliyyə bazarlarından 2 milyon vəsait cəlb etmək üçün istiqraz buraxmağa hazırlaşır. Şirkət 2 milyon manatlıq istiqrazı 2 mərhələdə – hər birində 1 milyon manat olmaqla buraxacaq. İstiqrazlar 2 illik müddətə, illik 13%-lə buraxılacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.