Almaniya ABŞ-dan qızıl ehtiyatlarının qaytarılması məsələsini növbəti dəfə gündəmə gətirib.
FED.az biznes və maliyyə xəbərləri agentliyi «Reuters»ə istinadən xəbər verir ki, : Almaniya Trampın siyasəti səbəbindən qızıl ehtiyatlarını itirməkdən qorxur.
Almaniya hökuməti ABŞ prezidenti Donald Trampın siyasəti ucbatından ABŞ-dakı anbarlarda saxlanılan qızıl ehtiyatlarını itirməkdən qorxur . «Reuters» xəbər agentliyi avropalı siyasətçilərə istinadən məlumat verir ki, Almaniya hakimiyyəti Trampın ABŞ Federal Ehtiyat Sisteminə hücumlarından narahatdır.
Qeyd edək ki, hazırda ABŞ-da təxminən 1250 ton alman qızılı saxlanılır.
"Tramp gözlənilməzdir və onun bir gün xarici qızıl ehtiyatları ilə necə məşğul olacağına dair yeni ideyalar irəli sürəcəyini istisna etmək olmaz", - Almaniya parlamentinin deputatı Markus Ferber deyib.
O əlavə edib ki, ABŞ Almaniya və Avropa üçün etibarlı tərəfdaş olmaqdan çıxıb.