9 sentyabr 2024-cü il saat 11.00-da “Akserman” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsi 157 nömrəli ünvanda baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.
1. Səhmdar cəmiyyətin 2023-cü il üçün fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
2. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.