Airbnb-nin səhmləri ikinci rübdə məyusedici maliyyə nəticələrindən və ABŞ müştərilərindən tələbin yavaşladığına dair məlumatdan sonra 16 faizdən çox dəyər itirib.
FED.az xəbər verir ki, ABŞ-da tətilçilərin tələbi yavaşlayıb. İkinci rübdə sifarişlər 8,7 faiz artaraq 125,1 milyona çatıb, lakin analitiklərin proqnozlarından xeyli aşağı qalıb.
Marja xəbər verir ki, Airbnb səhmlər 16%-dən çox ucuzlaşıb, bu, şirkətin 2020-ci ildə birjaya çıxmasından bəri ən böyük bir günlük enişdir. Airbnb-nin səhmləri ikinci rübdə məyusedici maliyyə nəticələri və ABŞ müştərilərindən tələbin yavaşladığına dair məlumat ilə əlaqədar olaraq dəyər itirib.
San-Fransiskoda yerləşən Airbnb-nin hər səhmə görə 0,86 dollar mənfəəti analitiklərin 0,92 dollar gözləntisindən aşağı olub. Şirkətin ikinci rübdə gəliri proqnozu üstələyib, 11 faiz artaraq 2,75 milyard dollara çatıb.
Digər tərəfdən, şirkətin proqnozu 2020-ci ildən bəri ən yavaş artım tempini göstərib. Hesabatında Airbnb qeyd edib ki, "qlobal miqyasda daha qısa sifariş vaxtları və ABŞ qonaqlarından tələbin yavaşladığına dair bəzi əlamətlər" görür. Şirkət həmçinin qeyd edib ki, Latın Amerikası və Asiya Sakit Okean ən sürətlə inkişaf edən regionlar olmaqda davam edir.
Evlərin günlük kirayəsində vasitəçilik üzrə ixtisaslaşan Airbnb, ikinci rübdə Şimali Amerikada sifarişlərdə cüzi artım olduğunu qeyd edib.
Analitiklər şirkətin balans hesabatını "məyusedici" adlandırıblar (Marja).