Yanvar ayında birjalarda kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. 2023-cü ilin əvvəli ilə müqayisədə füçerslər 60-70% bahalaşıb.
Azərbaycanın xarici ölkələrə kakao satışından gəlirləri 21% azalıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, dünya birjalarında kakao paxlasının qiymətinin rekord dərəcədə artması tünd şokolad qıtlığı yarada bilər. İstehsalçılar şokolad məhsullarının qiymətlərinin 60-70% arta biləcəyi barədə xəbərdarlıq edirlər. Bu, Afrika ölkələrində iqlim dəyişikliyi fonunda məhsul azlığı səbəbindən xammalın qiymətinin kəskin artması ilə bağlıdır.
Mənfəəti qorumaq üçün istehsalçılar kakao yağını daha ucuz yağlarla əvəz etməklə keyfiyyətə qənaət edə bilərlər. Qeyd olunub ki, şokoladın tərkibindəki kakaonun faizini də azaltmaq mümkündür. (Oxu.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.