12 Dekabr 2019-cu il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
Assosiasiyadan FED.az-a daxil olmuş məlumata görə, Ümumi Yığıncaqda Assosiasiyanın cari il üzrə fəaliyyət yekunları və maliyyə hesabatları üzvlərə təqdim edilib.
Eləcə də bax:Bakı Fond Birjasında əməliyyatların həcmi - AZALMADA QALIR
Bildirilib ki, 2019-cu ildə Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası üçün bir sıra ilklərlə, yeni əməkdaşlıqlarla yadda qaləb. Belə ki, Assosiasiya cari dövrdə ilk dəfə İxtisas şəhadətnaməsinin alınması üzrə Attestasiya imtahanlarına hazırlıq təlimlərinə başlamış, “Fond birjası ticarət sistemində iştirak” üzrə təlimləri təşkil etmiş, MDB, Baltikyanı və Qafqaz regionunun istiqraz bazarı üzrə XVI konqresdə ölkəmizi təmsil etmişdir.
Ümumilikdə cari dövrdə Assosiasiyanın əsas fəaliyyəti yerli və xarici şirkətlər, təşkilatlarla əlaqələrin qurulması; ölkə vətəndaşlarımızın maliyyə savadlığının artırılması üçün təlim və seminarların keçirilməsi; fəaliyyətinin ictimailəşdirilməsi və ənənəvi olaraq, qiymətli kağızlar bazarının inkişafı istiqamətində təkliflərin aidiyyəti qurumlara göndərilməsi olmuşdur.
İclasın sonunda AFBİA-nın gələcək il üzrə fəaliyyət planının və cari məsələlərin müzakirəsi aparılıb.