ABŞ-da pandemiyanın nəticələri ilə bağlı yeni seçilmiş prezident Co Baydenin planının detalları məlum olduqdan sonra Nyu-York birjasında indekslər düşüb.
FED.az birjaya istinadən xəbər verir ki, “Dow Jones” sənaye indeksi 177,26 bənd (-0,57%) enişlə 814,26 bəndə, “Standard & Poor 500” indeksi də 27,29 bənd (-0,72 %) azalma ilə 3 768,25 bəndə geriləyib.
“Nasdaq” elektron indeksi də 114,14 bənd (-0,87%) geriləyərək 12 998,25 bəndə düşüb.
WTI markalı neftin müqavilələri 0,46% ucuzlaşaraq 52,12 ABŞ dollarından, qızıl isə 0,19%, ucuzlaşaraq 1 826,40 ABŞ dollarından satılıb.