ABŞ-ın aparıcı bankı - "JPMorgan Chase"in rəhbəri Ceymi Daymon (Jamie Dimon) və ailəsi bankın 1 milyon səhmini satmağı planlaşdırır.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI
FED.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
Məlumata görə, səhmlər gələn ildən başlayaraq maliyyə diversifikasiyası və vergi planlaması məqsədləri üçün satılacaq. Ailə hazırda bankın təxminən 8,6 milyon səhminə sahibdir.
67 yaşlı C.Daymon 2005-ci ilin sonundan "JPMorgan"a rəhbərlik edir. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.