ABŞ Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) baza faiz dərəcəsini 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib. Bu barədə qurumun saytında məlumat verilib.
"Komitə (Açıq Bazar Əməliyyatları, FOMC. - FED.az ) federal fondların faiz dərəcəsinin hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib", - deyə qurum bildirib.
Bu, FOMC-nin federal fondlar dərəcəsi üçün hədəf diapazonuna hər hansı düzəlişləri nəzərə alaraq daxil olan məlumatları və risk balansını diqqətlə qiymətləndirəcəyini aydınlaşdırır.
Qeyd edək ki, bundan əvvəl Yaponiya Bankı son 17 ildə ilk dəfə siyasət faizini -0,1%-dən 0-0,1%-ə qaldırıb. Bundan əlavə, Yaponiya Bankı gəlir əyrisi nəzarətindən imtina etmək qərarına gəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.