ABŞ-da bu gün açıqlanan zəif məşğulluq məlumatlarından sonra qızıl 3 586 dollara qədər artaraq yeni rekord vurub.
Goldman Sachs: FED-ə güvən sarsılsa, qızılın qiyməti 5000 dollara - YÜKSƏLƏ BİLƏR
FED.az xəbər verir ki, məşğulluq məlumatlarının azalması FED-in uçot dərəcəsini azaldacağına dair gözləntiləri artırır. Ona görə də məlumat açıqlanan kimi qızıl yenidən bahalaşıb və qiymətlər yeni rekord həddə çatıb.
Məlumatlardan sonra qızılın qiyməti tarixi maksimumunu təzələyərək 3586 dollar/unsiya səviyyəsinə yüksəldi.
Xatırladaq ki, son üç ildə qızıl və gümüş iki dəfədən çox dəyər qazanıb.
Geosiyasi risklər, iqtisadi qeyri-müəyyənliklər və qlobal ticarət problemləri təhlükəsiz liman tələbini artırıb. ABŞ prezidenti Donald Trampın bu il FED-i tənqid etməsi qurumun (FED – ABŞ-ın mərkəzi bankı sayılır) müstəqilliyi ilə bağlı narahatlıqları artırıb.
Tramp tezliklə FED-i “nəzarət altına alacağını” və faiz dərəcələrini aşağı salacağını bildirib.
Buna baxmayaraq, Trampın FED Rəhbərlər Şurasına namizədi Stiven Miran cümə axşamı Senatda təsdiqləmə dinləmələri zamanı bəzi narahatlıqları sakitləşdirib. O bildirib ki, FED-in ən mühüm missiyası “depressiya və hiperinflyasiyanın qarşısını almaq”dır.
Miran, həmçinin Ağ Evdəki mövqeyini qoruyacağını etiraf etsə də, FED-in müstəqilliyinə sadiqliyini bir daha təkrarlayıb.