ABŞ bazarı tarixindəki ən pis enişlərdən birini yaşayıb. Gün ərzində əsas indekslər 3,5%-dan çox düşüb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Google”, “Apple”, “Microsoft” və “Amazon” şirkətlərinin səhmləri isə 5% ucuzlaşıb.
Eləcə də bax: Virus dünya birjalarını - "ÇÖKDÜRDÜ"
Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp investorları sakitləşdirməyə çalışır və vəziyyətin nəzarət altında olduğuna inandırır.Qeyd etmək lazımdır ki, Nastaq indeksinin enişi rekordu yeniləyib, əsas səbəb koronavirus epidemiyasının yayılmasıdır.
“Koronavirus ABŞ-ın nəzarəti altındadır. Biz bütün ölkələrlə əlaqədəyik, Ümumdünya Səhiyyə Təşkilatı əlindən gələni edir. Fond bazarı mənə çox cəlbedici gəlir”, – prezidenti öz mikrobloqunda bildirib.
İroniya ondadır ki, sonra dəfə prezident bu sözləri 2018-ci ildə, birja meydançalarında panikanın yayıldığı bir dövrdə söyləmişdir. Lakin nəticədə, Trampın proqnozları gözləntilərə cavab vermədi.