11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri Bakı Fond Birjasında premium bazar seqmentində listinqə daxil edilib.
ABB səhmlərinə sifarişlərin 84%-i rəqəmsal platformalar üzərindən olub
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 24 sentyabr 2024-cü ildə Bakı Fond Birjasında ABB səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi yekunlaşmışıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 86 milyon 940 min manat buraxılış həcmindən 56 milyon 535 min 109 manatlıq hissəsi və ya 65%-i yerləşdirilib. Say baxımdan isə, hər birinin nominal dəyəri 0,27 manat olan 322 000 000 ədəd səhmdən 206 013 235 ədədi və ya 64%-i yerləşdirilib. Ortaçəkili qiyməti 0.2744 manat təşkil edib.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Azərbaycan Beynəlxalq Bankı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1004004581
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 322,000,000 ədəd
İlkin ticarət qiyməti: 0.27 manat
Buraxılış həcmi: 86,940,000 manat
Minimal qiymət: 0.27 manat
Ortaçəkili qiyməti: 0.2744 manat
Yerləşdirilən q/k sayı: 206,013,235 ədəd
Reallaşdırılmış həcm: 56,535,109.17 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 55,623,573.45 manat
İnvestor sayı: 33,710
Sifariş və əqdlərin sayı: 49,262
Anderrayter: “ABB-İnvest İ.Ş” QSC
ABB səhmlərinə 3 aylıq abunə yazılışı prosesi ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 104 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artmış olur. Səhmdar sayının artması ölkəmizin kapital bazarlarında böyük canlanma yaradacaq, yeni investisiya fürsətləri bu bazarı inkişaf etdirəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü il tarixində “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz Azərbaycan Beynəlxalq Bankıdır.
Regionun iqtisadi inkişafının təmin edilməsində və maraqlı tərəflərin kapital axınına çıxışının asanlaşdırılmasında strateji rol oynayan Bakı Fond Birjası bölgədəki iqtisadi sabitliyin və artımın əsasını təşkil edən bu səylərlə investorlar üçün etibarlılığı, emitentlər üçün əlçatanlığı təmin etməklə maliyyə bazarlarının inkişafını dəstəkləyir.