"Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 5 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqrazın kütləvi hərrac üsulu ilə yerləşdirilib.
Yerləşdirmə zamanı investorlar ABB-nin istiqrazlarına böyük maraq göstəriblər. Belə ki, istiqrazların nominal dəyəri 5 milyon manat olsa da, investorların sifarişləri 3 qat artıq olub.
Yerləşdirmə zamanı istiqrazlara 573 investor 14 milyon 947,2 min manatlıq 866 sifariş təqdim edib. Bunlardan 569 investora məxsus 862 sifariş icra edilib. Bununla da, yerləşdirmə tam baş tutub.
Xatırldadaq ki, 2 illik buraxılmış istiqrazların illik gəlirliliyi 10 %-dir. İstiqrazlar üzrə faizlər hər ay ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2009004584 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
50,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
5,000,000 manat |
|
Kupon faizi |
10% |
|
Ödəmə Periodu |
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
|
Tədavül müddəti |
2 il |
|
Minimal qiymət |
100 (10.0000%) manat |
|
Maksimal qiymət |
100 (1.0000%) manat |
|
Kəsmə qiyməti |
100 (10.0000%) manat |
|
Ortaçəkili qiyməti |
100 (10.0000%) manat |
|
Reallaşdırılmış həcm |
5,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
14,947,200 manat |
|
Abunə yazılışında iştirak etmiş investor sayı |
573 |
|
Sifarişi icra edilmiş investor sayı |
569 |
|
Abunə yazılışında təklif edilmiş sifariş sayı |
866 |
|
İcra edilmiş sifariş sayı |
862 |
|
Anderrayter |
ABB-İnvest İnvestisiya Şirkəti” QSC |













