Bu ilin yanvar-mart aylarında “ABB İnvest” QSC investisiya şirkətinin birja dövriyyəsi 10 milyard 820 milyon 585 min manat olub.
“ABB İnvest"in dövlət istiqrazları üzrə dövriyyəsi - 95 DƏFƏ BÖYÜYÜB
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin dövriyyəsi ötən ilin birinci rübü ilə müqayisədə 851 milyon 866 min manat, yaxud da 8,5% artıb.
Ötən ilin yanvar-mart aylarında şirkətin birja dövriyyəsi 9 milyard 968 milyon 719 min manat olmuşdu.
Qeyd edək ki, bəhs olunan dövrdə “ABB İnvest” QSC də daxil olmaqla, dörd investisiya şirkətinin birja dövriyyəsində artım müşahidə olunub.














