“ABB-İnvest İnvestisiya Şirkəti” 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şrikətinin effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanmış faiz gəlirləri 1 milyon 611 min manata bərabər olub. Gəlirlər son bir il ərzində 376 min manat (30,5%) artıb.
Xalis faiz gəlirləri 53,6 min manat (9%) artımla 651,1 min manata yüksəlib.
Hesabat ilində inevstisiya şirkətinin qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə xalis gəliri 7,9 min manata, faiz haqqı və komissiya gəlirləri 4 milyon 198 min manata, digər gəlirləri 11 min manata, qeyri-faiz gəlirləri 4 milyon 206 min manata bərabər olub.
İllik müqayisədə qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə xalis gəliri 0,7 min manat (9,5%), faiz haqqı və komissiya gəlirləri 3 milyon 248 min manat (4,4 dəfə) artıb. Qeyri-faiz gəlirlərində isə 3 milyon 248 min manat (4,4 dəfə) artım olub.
2024-cü ildə işçi heyəti ilə bağlı və əlaqədar xərclər 1 milyon 628 min manat, 2023-cü ildə isə 707 min manat olub Artım məbləğ ifadəsi ilə 921 min manat təşkil edib. Bu, 2,3 dəfə çoxalma deməkdir.
2024-cü ildə ümumi və inzibati xərclər 326,2 manat təşkil edib. Bu göstərici 2023-cü illə 176,4 min manat müqayisədə , yəni 2.18 dəfə artım deməkdir.
2023-cü ildə şirkət 47,9 min manat məbləğində ehtimal olunan kredit zərərinin bərpası qeydə almışdı. 2024-cü ildə isə bu göstərici sıfıra bərabər olub. Beləliklə, 100% azalma müşahidə edilib.
Şirkət 2024-cü ildə ticarət aktivlərindən 5,3 min manat gəlir əldə edib.
Dividend gəlirləri 2,6 min manata bərabər olub ki, bu da 80 manat 3.6% artımdır.
Qeyri-faiz xərcləri 2024-cü ildə 1 milyon 948 min manat olub. Bu 1 milyon 152 min və ya 2,5 dəfə artım deməkdir.
589,1 min manat mənfəət vergisi ödənişindən sonra "ABB-İnvest" 2024-cü ili 2 milyon 319 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2023-cü ildə 602,3 min manat idi. Beləliklə, 1 milyon 717 min manat artım qeydə alınıb ki, bu da 3.9 dəfə artımdır.
Ötən il "ABB İnvest İnvestisiya Şirkəti" 26 milyon 256 min manat cəmi aktivlərə malik olub. Akivlər illik müqayisədə 4 milyon 236 min manat və ya 19,3% artıb.
Banklarda yerləşdirilmiş pul vəsaitləri 2024-cü ildə 5 milyon 360 min manat olub ki, bu da 2023-cü ildəki 3 milyon 634 min manat ilə müqayisədə 1 milyon 726 min manat və ya 47,5% artım deməkdir.
Əsas brokerlərdən alınacaq vəsaitlər 414 min manat təşkil edib. Son bir ildə bu göstərici 52,5% və ya 142 min manat artıb.
İnvestisiya qiymətli kağızları 19 milyon 876 min manat səviyyəsində olub, bu da 2 milyon 156 min manat və ya 12,2% artıma bərabərdir.
Alınacaq komissiya haqları 310 min manat olub, 101 min manat və ya 48,6% artım qeydə alınıb.
Əmlak və avadanlıqlar 51 min manat təşkil etmiş, 3 min manat və ya 6% artıb.
Təxirə salınmış mənfəət vergisi aktivləri ilk dəfə olaraq 154 min manat məbləğində qeydə alınıb.
Digər aktivlər 26 min manat olub ki, bu göstərici də illik müqayisədə 4 min manat və ya 17,4% artım göstərib.
Müştərilərə ödəniləcək vəsaitlər 2 milyon 237 min manat olub ki, bu da 95 min manat və ya 4,1% azalma deməkdir.
Borc alınmış vəsaitlər 16 milyon 278 min manat təşkil etmişdir – 1 milyon 743 min manat və ya 12% artımdır.
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri tamamilə sıfırlanmışdır – əvvəlki ilin 15 min manatı bu il mövcud deyil.
Digər öhdəliklər sahəsində kəskin artım müşahidə olunur: 1 milyon 116 min manat, yəni 697 min manat və ya 2,7 dəfə artım müşahidə olunur.
Cəmi öhdəliklər 19 milyon 630 min manat təşkil edib– bu, illik müqayisə ilə 2 milyon 331 min manat və ya 13,5% artım deməkdir.
Səhmdar kapitalı dəyişməyərək 3 milyon manat səviyyəsində qalıb.
Bölüşdürülməmiş mənfəət 3 milyon 724 min manat təşkil edib. 2023-cü ilin sonu ilə müqayisədə bu 2,7 dəfə çoxalma deməkdir.
Cəmi kapital 6 milyon 625 min manat olub ki, bu da, 1 milyon 905 min manat və ya 41% artıma bərabərdir.