26 dekabr 2024-cü il tarixində ABB-İnvest İnvestisiya Şirkəti QSC (ABB-İnvest) Azərbaycan və Türkiyənin mərkəzi depozitarları arasında qurulmuş birbaşa müxbir əlaqədən istifadə edərək ilk dəfə olaraq Türkiyə kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya əməliyyatı həyata keçirib.
Beynəlxalq Bankın 100 milyon manatlıq istiqrazlarına 9 investordan sifariş - NƏTİCƏLƏR
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankda Azərbaycan Milli Depozit Mərkəzinin "E-vote" sistemi ilə bağlı keçirilən brifinqdə Mərkəzin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev deyib.
Milli Depozit Mərkəzinin dəstəyi ilə həyata keçirilmiş sınaq əməliyyatı nəticəsində ABB-İnvest öz hesabına Türk milli valyutasında denominasiya edilmiş Türkiyə dövlət istiqrazı əldə edib. İstiqrazların tədavül müddəti 2 il, illik faiz dərəcəsi 36 faiz, nominal dəyəri 100 Türk lirəsi, sayı isə 940 ədəddir.
O bildirib ki, bir çox ölkələrdən bu istiqamətdə əməkdaşlıq üzrə MDM-ə sorğular daxil olur:
"Milli Depozit Mərkəzi ilə hazırda Qazaxıstanın Mərkəzi Depozitarı arasında qarşılıqlı əlaqələrin qurulması istiqamətində danışıqlar aparılır". (Apa)