Dünya kriptovalyuta bazarında kütləvi bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, aprelin 18-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 65-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 65 dollar və ya 0,8% ucuzlaşaraq 7948 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1102 dollar və ya 16% bahalaşıb.
Ethereumun qiymətində isə bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 0,54 dollar və ya 0,1% bahalaşaraq 506,69 dollar olub.
Son həftə ərzində isə Etherium 92 dollar və ya 22,2% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Pundi X-da(13,97%), ən çox ucuzlaşma isə Verge-də(27,09%) müşahidə olunub.
8 min dollardan geri döndü – QİYMƏTLƏR
09:16
18 Aprel 2018