Okğyabrın 19-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 mln. manat həcmində, 2548 gün (təqriğən 7 illik) tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 87.6266 AZN (10%) və 101.6271 AZN (7.2%) olan 16 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (7.5%), orta ölçülmüş qiyməti 101.2633 (7.2665%) müəyyən edilmişdir. Nəticədə sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,2 milyon manat olsa da, yerləşdirilmiş həcm 9 milyon 579 min manat olub.
Rəqəmlər göstərir ki, hərraca maraq göstərən investorların əksəriyyəti daha yüksək gəlirə ümid ediblər.
İstiqrazların ödəmə tarixi 10 oktyabr 2028-ci il.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.