Slovanyanın kriptovalyuta birjası NiceHash-dakı Bitcoin kisələri "hack"lanıb (yarılıb, sındırılıb).
FED.az xəbər verir ki, təxminən 65,8 milyon dollarlıq Bitcoin oğurlanıb.
NiceHash-ın Marketinq Direktoru Andrej P. Kraba etdiyi açıqlamada "mürəkkəb mühəndisliklə çox peşəkar bir hücum" olduğunu və 4700 Bitcoin-in yox olduğunu qeyd edib.
4700 Bitcoin 14 min dollardan 65,8 milyon dollara qarşılıq gəlir. Səlahiyyətli, şirkətin yerli orqanlarla əməkdaşlıq etdiyini söyləyib.
NiceHash 24 saat ərzində əməliyyatlarını dayandırıb.