Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
FED.az xəbər verir ki, 11 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106028944 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 90.9249 (8.49%) manat və 95.1885 (6.8%) manat olan 31 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3936 (7.5%) manat, orta ölçülmüş qiyməti 93.6116 (7.4141%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 171,171,300 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 7 oktyabr 2025-ci il.
Hərrac iştirakçıları 12 oktyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.