Maliyyə Nazirliyi 3 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında (BFB) ümumi məbləği 10 mln. manat olan 5 illik (1820 günlük) dövlət istiqrazlarını yerəşdirib.
BFB-dən FED.az-a bildirilib ki, hərrac zamanı 10 milyon manatlıq istiqrazlara 7 qat artıq həcmdə sifariş daxil olub.
17 investor tərəfindən ümumilikdə 70,7 milyon manatlıq istiqraz daxil olub, sifarişlərdə qiymət intervalı 95.6048 AZN (8.6%) və 101.4499 AZN (7.15%) arasında dəyişib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.0330 AZN (7.25%), orta ölçülmüş qiyməti 101.2438 AZN (7.1993%) müəyyən edilib. Faizlər sərfəli olduğu üçün nazirlik əvvəl planlaşdırılandan 50% artıq həcmdə – ümumilikdə 15 milyon manatlıq istiqraz yerləşdirib. İstiqrazların ödəmə tarixi 28 iyul 2026-cı il.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.