İyulun 29-u kriptovalyuta tranzaksiyalarını izləyən bot – Whale Alret şəbəkədə iri məbləğdə bitcoin köçürməsini qeydə alıb.FED.az xəbər verir ki,Bitcoin “balina”ya məxsus cüzdandan 468.5 milyon dəyərində 49,755.64 BTC köçürmə müqabilində cəmi 374.98 dollar komissiya tutulub.
Beləliklə, bitcoin şəbəkəsində 468.5 milyon dəyərində köçürmə 0.00007% və ya 374.98 dollar komissiya ilə, üstəlik şəxsiyyəti təsdiq edən və ya digər sənədlər tələb olunmadan baş tutub. Məlum məsələdir ki, əgər həmin köçürməni edən şəxs bunu Western Union, TransferWise və ya hər hansı bir bank vasitəsi ilə etsəydi köçürmə üzrə komissiya xərci müqayisə edilməyəcək qədər çox olacaq. Misal üçün, TransferWise beynəlxalq ödənişlər üzrə alternativ pul köçürmə sistemi olaraq hər bir köçürmə zamanı 0.36% komissiya haqqı tutur. Bu komissiyanı 468.5 milyon dollarlıq köçürmədə nəzərə alsaq 1.686.000 dollar köçürmə xərci edir.
@Kriptoinvest.az