Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 16-da təşkil olunacaq təkrar pul hərracına səhmlər çıxarılacaq.
FED.az xəbər verir ki, hərraca 4 səhmdar cəmiyyətə məxsus ümumilikdə 302 192 ədəd səhm çıxarılacaq. Hərraca çıxarılacaq 1 səhmin nominal dəyəri 2 manat təşkil edir, satışa çıxarılan səhmlərin nominal dəyəri isə 11 568 – 251 984 manat aralığındadır. Hərracda start qiymətinə gəlincə, satışa çıxarılan səhmlərin ilkin hərrac qiyməti 5 784 – 125 992 manat aralığında dəyişir.
İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
2024-cü il aprel ayının 16-da keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat :
Sıra sayı |
Səhmdar cəmiyyətinin |
Səhmdar cəmiyyətinin hüquqi ünvanı |
Nizamnamə kapitalının həcmi (manat) |
Buraxılmış səhmlərin ümumi sayı (ədəd) |
Bir səhmin nominal qiyməti (manat) |
Satışa çıxarılmış səhmlər |
Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) |
Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti |
İlkin satış qiymətinin |
|
sayı (ədəd) |
buraxılmış səhmlərin ümumi sayında |
|||||||||
1 |
Biləsuvar Broyler №388 02.03.1998 |
Biləsuvar rayonu, Nəsimi kəndi |
297458.00 |
148729 |
2.00 |
44733 |
30.08 |
89466.00 |
44733.00 |
4473.30 |
2 |
Əli Bayramlı Konserv №761 22.09.1997 |
Şirvan şəhəri, |
837777.60 |
418889 |
2.00 |
125683 |
30.00 |
251366.00 |
125683.00 |
12568.30 |
3 |
Ucar İnşaat Xidmət №361 28.11.2007 |
Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 13 |
25676.00 |
12838 |
2.00 |
5784 |
45.05 |
11568.00 |
5784.00 |
578.40 |
4 |
Zaqatala Fındıq №25 06.01.1998 |
Zaqatala şəhəri,Azərbaycan prospekti, 37 |
838868.80 |
419434 |
2.00 |
125992 |
30.04 |
251984.00 |
125992.00 |
12599.20 |
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. |