Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
FED.az xəbər verir ki, bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.
Eləcə də bax: 11 bankın qiymətli kağızlara investisiyaları azalıb - SİYAHI
Digər 23 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 200 milyon manardan çoxdur. Bunlar "PAŞA Bank" (1 605,403 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 191,575 milyon manat), "Kapital Bank" (820,155 milyon manat) və "Xalq Bank" (268,11 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 12 bankda 10-100 milyon manat arasında, 7 bankda isə 10 milyon manatdan da azdır.